“Məktəbli Kuboku” layihəsinin açılışı olub
24 dekabr 2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab gənclər və idman sektorunun və Zərdab rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin minifutbol meydançasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və AFFA tərəfindən 2025-2026-cı il mövsümü üçün ümumtəhsil orta məktəblərinin 7-ci sinif şagirdləri arasında keçirilən “Məktəbli Kuboku” layihəsinin açılışı olub. Turnirin açılışında Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamil Məmmədov, Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Əvəz Soltanov və AFFA-nın nümayəndəsi Yusif Abdullayev çıxış edərək ölkəmizdə, o cümlədən rayonumuzda idmanın inkişafına, xüsusilə futbol idman növünə göstərilən diqqət və qayğıdan danışaraq, yaradılan şəraitə görə Prezident İlham Əliyev cənablarına və rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirib və iştirakçı komandalara uğurlar arzulayıblar. 18 tam orta ümumtəhsil məktəb komandasının iştirak etdiyi layihə növbəti günlərdə davam etdiriləcək.






