Məlikli kənd tam orta məktəbində 13 oktyabr 2022-ci il tarixində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Kamil Məmmədov, Mübariz Quluyev, Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Gənclər evinin direktoru Jalə Kərimli iştirak etmişdir. Tədbirdə narkomaniya, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, dini radikalizmə qarşı mübarizə mövzusunda video çarx nümayiş olunmuşdur. Həmçinin məktəblilərin vətənpərvər ruhda böyüməsi üçün təhsilin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır. İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq cənab Prezident İlham Əliyev tərəfindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş qərarlar, qanunvericilik normaları, ailə dəyərləri, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, sonda isə mövzuya aid bukletlər paylanılmışdır.