Məlikli kəndində sağlam həyat tərzinin və ailə dəyərlərinin təbliği məqsədi ilə tədbir keçirilib
09 fevral 2024-cü il tarixdə Məlikli kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Gənclər və İdman sektorunun iştirakı ilə “Sağlam həyat tərzinin və ailə dəyərlərinin təbliği” mövzusunda təhsilalanlarla görüş keçirildi.
Görüşdə sosial-mənəvi mühitin saflığının qorunması üçün keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti, erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları, dini radikalizmin fəsadları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.