Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədqasımlı kənd tam orta məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda məktəblilərlə görüş keçirilib

04 mart 2023 | 12:22

03.03.2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin,  Zərdab Rayon Polis şöbəsinin,  Zərdab Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Məmmədqasımlı kənd tam orta məktəbində “Gender əsaslı zorakılıqla mübarizə”, erkən nikah, məişət zorakılığı   mövzusunda məktəblilərlə görüş keçirildi.

Tədbirdə çıxış edənlər mövzunun əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülsə də, problemlər qalmaqda davam edir. Həmçinin bildirilib ki, gender bərabərliyi öz-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir. Bu problemlərin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biridir. Tədbirdə, həmçinin “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” və “Erkən nikah və  qohumlar arasında nikaha  qarşı mübarizə yolları”  mövzusunda çıxışlar olub.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb və sonda  mövzuya aid video çarx nümayiş etdirildi.

Keçidlər