Məmmədqasımlı kəndində maarifləndirici tədbir keçirilib
10 iyul 2026-cı il tarixdə Məmmədqasımlı kənd İƏD üzrə nümayəndəlikdə Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, kənd ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə "Reproduktiv sağlamlıq və qadınlara qarşı zorakılığa yox deyirik" mövzularında görüş keçirilib. Tədbirdə reproduktiv sağlamlığın qorunmasının əhəmiyyəti, sağlam həyat tərzinin təbliği, erkən nikah və erkən hamiləliyin fəsadları, qadınlara qarşı zorakılığın formaları, zorakılığın hüquqi və sosial nəticələri, qadın hüquqlarının müdafiəsi, eləcə də ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və sağlam ünsiyyətin təşviqinə dair iştirakçılara ətraflı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.






