“Mənim hüqüqlarım” mövzusunda tədbir keçirilib
07 noyabr 2024 | 18:08
07.11.2024-cü il tarixdə Alıcanlı kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığıyla “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Mənim hüqüqlarım” mövzusunda müəllim və şagirdlərlə görüş keçirilib. Tədbirdə şagirdlərə “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi olan BMT-nin Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib.