Millət vəkili Jalə Əliyeva 01.07.2025-ci il tarixdə Zərdab rayonunda seçicilərinin növbəti qəbulunu keçirib
Millət vəkili, professor Jalə Əliyeva Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində seçicilərinin növbəti qəbulunu keçirib. Qəbula 25 nəfərdən çox vətəndaş qatılıb. Seçicilər millət vəkili ilə görüşdə cənab Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi yüksək diqqət və qayğıdan razılıq edərək, ölkədə gedən abadlıq və quruculuq işlərindən məmnunluqlarını ifadə ediblər. Onlar hər zaman ölkə başçısının siyasətini dəstəklədiklərini, bundan sonra da daim dövlətçilik maraqlarından çıxış edəcəklərini bildiriblər. Seçicilər eyni zamanda onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşlar deputatdan əsasən müavinətlərin verilməsi, əlillik dərəcələrinin müəyyən edilməsi, kənd yollarının təmiri, yeni məktəb binasının tikintisi, müalicə və təhsillə bağlı məsələlərlə bağlı köməklik göstərməsini xahiş ediblər. Deputat Jalə Əliyeva müraciətlərin bir qismi ilə bağlı müvafiq qurumlarla yerindəcə əlaqə saxlayaraq, müsbət həllinə nail olub. Digər müraciətlər isə millət vəkili tərəfindən nəzarətə götürülüb. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Zinhar Bayramov və Murad Həsənov da iştirak ediblər.






