Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva 21 oktyabrda növbəti dəfə seçiciləri ilə görüşüb

23 oktyabr 2023 | 09:20

Milli məclisin deputatı Jalə Əliyeva tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş zamanı 50 nəfərə yaxın seçici  iştirak edib. Vətəndaşların qəbulu zamanı seçicilərlə fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, bank kreditləri və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb. Keçən görüşlərdə Jalə Əliyevaya iş üçün müraciət edən vətəndaşların bir qismi işlə təmin olunduqdan sonra bu gün deputat Jalə Əliyevaya təşəkkür üçün qəbula gəliblər. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Millət vəkilinə təşəkkür ediblər.

Keçidlər