Millət vəkili Jalə Əliyeva 24.12.2024-cü il tarixdə Zərdab rayonunda seçicilərlə növbəti qəbulunu keçirib
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Heydər Əliyev Mərkəzində baş tutan görüşdə deputat seçiciləri ilə görüşdə bildirib ki, bu gün çox böyük əlamətdar gündür. Bu gün Azərbaycan respublikasının prezidenti, Ali Baş Komandan, Zəfərimizin və yeni Qarabağın memarı, qalib sərkərdə İlham Əliyev cənablarınin doğum günüdür. Cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Bu gün Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Möhtərəm Prezident ötən gün imzaladığı sərəncamla bir daha sübut etdi ki, o, hər zaman xalqı düşünüb, xalqının rifahı onun üçün öndə duran əsas vəzifələrdən biridir. Əmək haqqlarının artması, sosial müavinatların artması hər bir vətəndaşın büdcəsinə böyük kömək olacaqdır. Görüşə gələn seçicilər ən xoş arzularını cənab Prezidentə çatdırmağın deputatdan xahiş ediblər. Qəbul zamanı vətəndaşlar əlilliyin təyinatı, sosial müavinətlər, iş və mənzil təminatı, məşğulluq, sağlamlıq problemləri, əfv məsələləri və s. bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər. Seçiciləri narahat edən məsələlər nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib. Müraciətlərin bir qismi ilə bağlı olaraq əlaqədar qurum rəhbərləri ilə telefonla danışılıb. Sorğuya ehtiyacı olan digər məsələlər haqqında isə, deputata yazılı müraciət etmələri seçicilərə tövsiyə olunub. Görüşdə, həmçinin seçiciləri maraqlandıran suallar cavablandırılıb. Qəbulda Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov iştirak ediblər.