Millət vəkili Jalə Əliyeva bu gün Zərdabın Çallı kəndində səyyar qəbul keçirib
Qəbulda kənd ağsaqqalları, şəhid ailələri, müharibə veteranları, ziyalılar, gənclər, qadınlar iştirak ediblər. Qəbula gələnlər kənd əhəmiyyətli məsələləri - kəndarası yolların təmiri, yeni məktəb binasının qazla təmini, içməli su problemi kimi məsələləri deputatın diqqətinə çatdırıb və həllinə köməklik göstərməsini xahiş ediblər. Qəbulda seçicilər fərdi xarakterli məsələlər - əlilliyin təyini, xəstəliyin müalicəsi, əkinə yararlı torpaqların verilməsi, işlə təminat, hüquq-mühafizə orqanlarının fəaliyyəti və s. ilə bağlı qarşılaşdıqları problemləri də səsləndiriblər. Qaldırılan məsələlərin əksəriyyəti haqqında elə qəbulun gedişatı vaxtı əlaqədar qurumların rəhbərləri ilə telefon əlaqəsi saxlanılıb, görüləcək tədbirlər müzakirə edilib və müsbət cavab alınıb. Qəbul yerli icra və bələdiyyə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilib.