Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva fevral ayının 7-də Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib

09 fevral 2025 | 17:13
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva fevral ayının 7-də Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Heydər Əliyev Mərkəzində baş tutan qəbuldan əvvəl millət vəkili Mərkəzin yerləşdiyi Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüb, ruhu qarşısında ehtiramla baş əyib.
Görüş iştirakçılarını salamlayan Jalə Əliyeva, ölkədə gedən böyük quruculuq işləri, həyata keçirilən nəhəng iqtisadi layihələr haqqında söhbət açıb. Eyni zamanda Zərdab rayonunda da son illərdə aparılan geniş abadlıq və yaşıllaşdırma işləri, təmir edilən yollar, yerinə yetirilən digər infrastruktur çalışmaları və s. haqqında danışıb. Qəbul iştirakçıları, görülən işlər üçün ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbul vaxtı, seçicilərin müraciətləri əsasən iş təmini, müalicəyə və əlillik dərəcəsinin təyininə yardım, mənzil təminatı ilə bağlı olub. Qaldırılan yerli xarakterli məsələlərin bəzisi qəbulun gedişatı vaxtı, müvafiq qurumlarla telefon əlaqəsi saxlanaraq həllini tapıb. Digər respublika miqyaslı məsələlərlə bağlı, millət vəkilinə yazılı müraciət edilməsi tövsiyə olunub.
Millət vəkilinə daha əvvəl etdikləri müraciətlərə müsbət cavab alan vətəndaşlar da qəbula gələrək, onları narahat edən məsələlərin həllinə yardımçı olduğu üçün Jalə Əliyevaya təşəkkürlərini bildiriblər.
Qəbulda Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov da iştirak edib.
Qəbul hər zamankı kimi, səmimi, mehriban və anlayışlı şəraitdə keçib.
Keçidlər