Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib

08 sentyabr 2025 | 09:44

Millət vəkili Jalə Əliyeva Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində seçicilərinin qəbulunu keçirib. Millət vəkili vətəndaşları fərdi və kollektiv formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Vətəndaşlar tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb. Görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Qəbul içtirakçıları səmimi qəbula, göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkür ediblər. Rayonda və ölkədə sosial rufahın yüksəldilməsi naminə görülən hər bir iş üçün dövlət başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Keçidlər