Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva ildönümü tamam olan şəhid Fərid Rüstəmovun ailəsini ziyarət edib.

13 sentyabr 2023 | 07:54
Milli Məclisin deputatı, Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva  şəhid olan gizir Fərid Rüstəmovun ailəsini ziyarət edib, ailə üzvlərinə - atası Nofəl Rüstəmova, anası Narıngül xanıma, bacılarına, yaxınlarına bir daha başsağlığı verərək, uca Allahdan səbir diləyib. Jalə Əliyeva şəhidin əziz xatirəsinə hörmət əlaməti olaraq tərtib edilmiş xatirə kitabına ürək sözlərini yazıb. "İgid oğlumuz, əziz balamız! Bir il nə tez tamam oldu...
İllər keçəcək, biz bu dünyada olmayanda da, sən əbədi yaşayacaqsan!
Şəhidlər ölmür! Hər an yanımızdasan Fərid oğlum! Nur içində yat! Unutmadıq! Unutmayacağıq! Tanrı xalqımızı, ölkəmizi, ordumuzu, Prezidentimizi qorusun! Amin!"
Keçidlər