Millət vəkili Jalə Əliyeva növbəti dəfə seçiciləri ilə görüşdü
22 iyul 2022 | 16:01
Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.
Zərdab şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə millət vəkili sakinlərin müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.