Millət vəkili Jalə Əliyeva növbəti dəfə Zərdab rayonunda seçiciləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günü ərəfəsində millət vəkili Jalə Əliyeva növbəti dəfə Zərdab rayonunda seçiciləri ilə görüşüb. İlk öncə Millət vəkili Jalə Əliyeva ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramını bildirib. 35 ailədən 60-a yaxın vətəndaşın iştirak etdiyi qəbul zamanı seçicilərlə fərdi qaydada görüşən Millət vəkili Jalə Əliyeva ilə birlikdə, Rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova, ƏƏSMN-nin Zərdab şəhər şöbəsinin məsul şəxsi Nuridə Məmmədova və Millət vəkilinin köməkçisi Firdosi Eyvazov iştirak edibdir. Zərdab şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili Jalə Əliyeva hər bir vətəndaşın təklifi, eləcə də şikayəti ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparıb. Seçicilərin problemlərinə həssaslıqla yanaşan Millət vəkili məsələnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atacağını, aidiyyəti orqanlara müraciət edəcəyini bildirib. Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Seçicilər onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısına minnətdarlıqlarını bildirmişlər və Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə təbriklərini Prezidentə çatdırmaqlarını deputatdan xahiş etmişlər.