Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Şahhüseynli kəndində seçiciləri ilə görüşüb

08 sentyabr 2025 | 09:40

Görüşdə vətəndaşlar  tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb. Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Jalə Əliyeva tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib. Görüşdə seçicilər  həllini tapmış (internet şəbəkəsinin quraşdırılması,  uşaq bağçasının əsaslı təmirə başlanması, beton kanal çəkilərək kənddən uzaq 834 hektar əkin sahəsinin suvarılması, məktəb yoluna çınqıl daşların tökülməsi) məsələlər və göstərilmiş yardımlarla bağlı Jalə Əliyevaya təşəkkürlərini ifadə ediblər. Onu da qeyd edək ki, deputat Jalə Əliyeva hər ay seçicilərilə görüşür, mütamadi olaraq əlamətdar günlərdə və bayramlarda müxtəlif aksiyalar keçirərək seçicilərinin yanında olur, onların qaldırdıqları problemlər dinlənilir, həlli üçün qanunauyğun müvafiq addımlar atılır.

Keçidlər