Millət Vəkili Jalə Əliyeva seçiciləri ilə görüş keçirib
92 saylı Zərdab-Ucar seçki dairəsinin Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. İlk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb, əziz xatirəsini ehtiramla yad edilib. Zərdab şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüş zamanı seçki dairəsinə daxil olan sakinlər iştirak ediblər. Qəbulda Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Aran Regional Məşğulluq filialının Zərdab rayon xidmət şöbəsinin müdiri Şəhriyar Şükürzadə və Millət vəklinin köməkçisi Firdosi Eyvazov iştirak ediblər. Görüş zamanı seçicilərlə fərdi qaydada görüşən deputat Jalə Əliyeva onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, işlə təminat, sağlamlıq və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, seçicilərin qarşılaşdığı problemləri, onları narahat edən məsələləri diqqətlə dinləyərək qeydlər götürüb, həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görəcəyini və aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.