Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Şəftəhal kəndində səyyar qəbul keçirib

01 iyul 2025 | 09:26

Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdabın Şəftəhal kəndində səyyar qəbul keçirib. Qəbul çox səmimi, məmnunluq şəraitində keçib. Qəbulda iştirak edən sakinlər problemlərini mütəmadi olaraq ali tribunadan dilə gətirdiyinə və bir çoxunun həllinə nail olduğuna görə deputata minnətdarlıqlarını bildiriblər. Vətəndaşlar Şanlı Qələbəmizə imza atan ölkə rəhbəri, Ali Baş komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırmasını, eyni zamanda onları narahat edən məhəlli və fərdi xarakterli problemlərinin həllində yardımçı olmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər. Qəbulda fərdi xarakterli müraciətlər də səsləndirilib. Seçicilər işlə təmin olunma, özünüməşğulluq proqramının tətbiqi, sosial müavinətlərin verilməsi, əlillik dərəcəsinin müəyyənləşdirilməsi və s. kimi məsələlərin həllində köməklik göstərməsini deputatdan xahiş ediblər. Jalə Əliyeva digər məsələlərin həlli üçün rayon və respublika səviyyəli  əlaqədar qurumlara müraciət edəcəyini seçicilərə bildirib.

Keçidlər