Millət vəkili Jalə Əliyeva şəhid Fərid Rüstəmovun və şəhid Anar Məmmədzadənin ailələrini ziyartət edib
"Zəfər bayramı mübasibətilə dünən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyevlə birlikdə Zərdab şəhərindən şəhid Anar Məmmıdzadənin ailəsini ziyarət etdik. Anarın atası Nazim qardaş və anası Əzizə bacı çox təvazökar, imanlı, təmənnasız insanlardırlar. Anarın şəhidliyini də Tanrının lütfü olaraq qəbul edirlər. Dillərindən ölkəmiz, xalqımız, ordumuz üçün dualar heç əskilmir. Davamlı olaraq Azərbaycanımıza, torpaqlarımıza sülh arzulayırdılar. Anar balamızın evindən Gəndəbilə yol aldıq. Sentyabr şəhidi Fərid Nofəl oğlunun evini ziyarət etdik. Fərid bu günlərdə Prezident İlham Əliyevin sərəncamıyla Azərbaycan Bayrağı ordeni və Vətən Uğrunda medalı ilə təltif edilib. Atası, anası, həyat yoldaşı, iki bacısı, qohumlar, qonşular - hər kəs iftixarla danışır Fəriddən. Gözlər dolur, boşalır. Amma bu göz yaşlarının arxasında sözlə ifadə edilməsi mümkün olmayan qürurlu bir mənzərə var. Sanki hamısı dünyaya - Fərid qəhrəmandır, deyə car çəkmək istəyirlər. Sanki istəyirlər ki, bütün dünya Fəridin igidliyindən xəbər tutsun. Eyni zamanda dövlətimizə, Prezident İlham Əliyevə şəhidə verdiyi qiymətə, dəyərə görə minnətdardırlar. Fəridin yadigarı olan iki körpə qızı - Zəhra və Zeynəb həyət bacada dolaşırlar. Yaşca böyük olan 3 yaşlı Zəhraya ötən səfər verdiyim sualı təkrarlayıram: "Atan kimdir? " Qızcığaz da yenə ötən səfərki kimi sinəsini önə verib, başını dik tutub, "Atam qəhrəmandır" - deyir."