Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Vətən müharibəsi şəhidi Ağaqardaş Abbasovun ailəsini ziyartət edib

07 noyabr 2022 | 09:46

"Dünən Zərdab rayonunun Hüseynxanlı kəndində YAP Zərdab təşkilatının sədri İlkin Əliyevlə birlikdə Zəfər Bayramı münasibətilə şəhid Abbasov Ağaqardaş İlham oğlunun ailəsini ziyarət etdik. Çay süfrəsi arxasında Ağaqardaşın nümunəvi uşaqlıq və yeniyetməlik illərindın söhbət açdıq, döyüş meydanında göstərdiyi igidliklərdən danışdıq. Ağaqardaşın atası İlham kişi, anası Dilbər xanım evin bütün divarlarını onun rəsimləriylə bəzəyiblər. Burada bəlkə də Ağaqardaşın doğulduğu gündən şəhidliyə ucaldığı günə qədər bütün ömür yolunu əks etdirən yüzlərlə şəkil var. Ata və ana onun həyatının demək olar hər əhəmiyətli gününü xatirəyə çevirərək, divarlara həkk ediblər. Əmin olun, İlham qardaş, Dilbər xanım, sizin oğlunuz da digər bütün şəhid oğullarımız kimi heç bir zaman unudulmayacaq, hər zaman bizimlə yaşayacaqlar!"

Keçidlər