Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin ailəsini ziyartət edib

07 noyabr 2022 | 09:51

"Zəfər bayramı ərəfəsində rayon İcra Hakimiyəti başçısının müavini Xəyalə Veyisova ilə birlikdə Zərdab rayonunun Alıcanlı kəndində şəhid Faiq Vəlizadənin ailəsini - atası Bayraməli kişini, anası Göyçək ananı ziyarət etdik. Göyçək ana şəhidlərimizə olan ümumxalq ehtiramından, dövlət başçımızın və Mehriban xanımın diqqət və qayğısından, rayon rəhbərliyinin onların problemləri ilə yaxından maraqlanmasından, bir deputat kimi şəhid ailələrini tez-tez ziyarət etməyimizdən ağız dolusu danışır, durmadan təşəkkür edirdi. Biz də Göyçək anaya bu qədirbilənliyi üçün minnətdarlığımızı bildirdik, dövlətin hər zaman bütün şəhid ailələrinin yanında olduğunu, qazilərimizə dərin ehtiram bəslədiyini ifadə etdik, şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə can sağlığı arzuladıq."

Keçidlər