Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Vətən müharibəsi şəhidi İbrahim Cəbrayıllının ailəsini ziyartət edib

07 noyabr 2022 | 09:55

"Zərdab rayonunun Məlikumudlu kəndində şəhid Cəbrayıllı İbrahim Raqub oğlunun ailəsini Zəfər bayramı münasibətilə ziyarət etdik. Anası Mahiyə bacı, atası Raqub qardaşla, ağsaqqal babasıyla böyük Zəfərimizdən, bizi qələbəyə aparan uğurlu yoldan söhbət açdıq, İbrahimin və minlərlə şəhidimizin qəhrəmanlığından, şücaətlərindən danışdıq. Ailənin problemləri, istəkləriylə maraqlandıq. Şəhidimizin ailə üzvləri dövlətimizə şəhid ailələrini daim diqqətdə saxladığına görə təşəkkürlərini bildirdilər, İbrahimlə fəxr etdiklərini dedilər. Çay süfrəsi arxasında şəhidlərimizin ruhuna dualar oxuduq, qszilərimizə can sağlığı dilədik."

Keçidlər