Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Vətən müharibəsi şəhidi Rəhim Hüseynovun ailəsini ziyartət edib

07 noyabr 2022 | 09:58

"Zərdabın Gəlmə kəndində Zəfər bayramı münasibətilə Zərdab rayon İcra Başçısının müavini Xəyalə Veyisova ilə birlikdə şəhid mayor Rəhim Hüseynlinin ailəsini ziyarət etdik. Anası Həqiqət xanım, atası Qədir kişi, bacısı Rahidə, kənd sakinləri ilə birlikdə çay süfrəsi arxasında Rəhimin uşaqlığından şəhidliyinə qədər gedən şərəfli yoldan danışdıq. Onun haqqında danışanların hər biri Rəhimin nadir hərbçilərdən biri olduğunu söyləyirdi. Rəhim Vətənini böyük bir məhəbbətlə sevirdi. Böyük sevgisi uğrunda da canını qurban verdi. Ölümüylə, tabeliyində olan əsgərlərin həyatını xilas etdi, Zəfərimizə adını yazdı. Və uğrunda öldüyü Vətənə üç oğul əmanət etdi... Hikmət, Rüfət, Fikrət! Sağ-salamat böyüsünlər! Rəhimin, Vətənin adına layiq oğullar olsunlar, inşallah. Amin!"

Keçidlər