Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda 2024-cü ildə ilk seçici qəbulunu keçirib

19 yanvar 2024 | 18:41
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva Zərdab rayonunda 2024-cü ildə ilk seçici qəbulunu keçirib. Qəbul, hər zaman olduğu kimi, növbəti dəfə də Heydər Əliyev Mərkəzində baş tutub. Qəbulda vətəndaşlar ilk növbədə görülən bütün işlər, atılan bütün addımlar üçün ölkə prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər.
Vətəndaşları fərdi qaydada qəbul edən millət vəkili, onların müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların müraciətlərini aidiyyəti üzrə öz həllini tapması üçün nəzarətə götürüb. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əlilliyin təyin edilməsi kimi sosial xarakterli məsələlər, eyni zamanda əkin sahələrindən səmərəli istifadə, torpaq sahələrinin ayrılması, suvarma, əfv məsələləri və s. ilə bağlı məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbul əsnasında qaldırılan məsələlərin bir qismi millət vəkili tərəfindən əlaqədar qurumlarla telefon vasitəsilə əlaqə saxlanılaraq yerindəcə həllini tapıb. Bir qisim müraciətlər araşdırılması üçün aidiyyəti orqanlara sorğu şəklində göndərilib.
Daha əvvəllər müraciət edən və problemləri həllini tapan seçicilər də qəbula gələrək, Jalə Əliyevaya təşəkkür ediblər.
Qəbul iştirakçıları onları diqqətlə dinlədiyi, göstərdiyi xoş münasibət və problemlərinin həllində onlara hər zaman yardımçı olduğu üçün millət vəkilinə minnətdarlıqlarını bildiriblər. Seçicilər eyni zamanda daim hər bir vətəndaşın yanında olan dövlət başçısı, prezident cənab İlham Əliyevə və xanım Mehriban Əliyevaya onların sonsuz ehtiramlarını və sevgilərini çatdırmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər.
Keçidlər