Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda növbəti səyyar qəbulunu keçirib
22 sentyabr 2025 | 09:03
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda növbəti səyyar qəbulunu keçirib. Millət vəkili bu dəfə rayonun Gəlmə və Salahlı kəndlərindən olan seçiciləri ilə görüşüb. Öncə Gəlmə kəndində Şəhidlər Kompleksi ziyarət edilib, abidənin önünə gül dəstəsi düzüıüb, müqəddəs şəhidlərimizin ruhuna dualar oxunub. Qəbulda hər iki kəndin ağdaqqalları iştirak ediblər. Qəhrəman şəhidimiz mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov çıxış edərək deputatı salamlayıb, rayonda görülən işlər üçün ölkə rəhbərinə, rayon icra hakimiyətinin başçısına, millət vəkilinə təşəkkür edib.
Deputat Jalə Əliyeva rayonda və bütün ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən danışıb, dövlətin hər bir vətəndaşa diqqətindən söz açıb.
Sonra qəıbul iştirakçılarını narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fərdi və qlobal xarakterli müraciətlər dinlənilib, bəzi məsələlər operativ həllini tapıb.
Bu səfərki qəbul da, hər zamam olduğu kimi, qarşılıqlı anlayışla, səmimi və mehriban bir ortamda keçib.






