Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib
22 sentyabr 2026 | 16:12
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda seçicilərin qaldırdıqları məsələlər dinlənilib. Məsələlərin bir qismi ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarıyla qəbul sırasında telefon əlaqəsi saxlanaraq, həllinə köməklik göstərilməsi xahiş edilib. Digər məsələlərin araşdırılması və yardım edilməsi üçün vətəndaşların yazılı ərizəsi daxil olduqdan sonra əlaqədar təşkilatlara müraciət ünvanlanacağı bildirilib. Qəbul, hər zaman olduğu kimi, qarşılıqlı anlayış və məmnunluq şəraitində keçib.
Qəbulda Zərdab Rayon İcra Hakimiyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Zinhar Bayramov, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Murad Həsənov və deputat köməkçisi Firdovsi Eyvazov iştirak ediblər.






