Millət vəkili Jalə Əliyeva Zərdab rayonunun Gödəkqobu kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib.
15 sentyabr 2026 | 18:36
Millət vəkili Jalə Əliyeva 14 sentyabr 2026-cı il tarixində Zərdab rayonunun Gödəkqobu kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib. Qəbuldan əvvəl kənddə yerləşən şəhidlər xatirə kompleksini ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyub. Səyyar qəbul zamanı ölkəmizdə həyata keçirilən quruculuq işləri və aparılan islahatlar barədə vətəndaşlara məlumat verilib, kənd sakinlərini dinləyib, onları narahat edən məsələləri, fikir və təkliflərini ayrı-ayrılıqda nəzərdən keçirib.
Sonra vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qisminin həlli ilə bağlı aidiyyəti qurumlarla telefon danışıqları aparılıb. Digər məsələlərlə bağlı vətəndaşların yazılı məktubu daxil olduqdan sonra mərkəzi icra orqanları ilə əlaqə saxlanılacaqdır. Qəbul hər zaman olduğu kimi xoş əhval-ruhiyyədə, səmimi, mehriban şəraitdə baş tutub. Millət vəkili Vətən uğrunda şəhid olmuş Gödəkqobu kənd sakini Əliyev Taleh Saleh oğlunun vəfatının 3-cü ildönümü münasibətilə ailəsini ziyarət edib. Çay süfrəsi arxasında Talehin atası Saleh kişi, anası Təranə xanımla onun keçdiyi qısa, amma şərəfli ömür yolundan söhbət açılıb, xatirəsi bir daha ehtiramla anılıb, şəhidimizin bu il yeddinci sinifdə oxuyacaq qızı Sunayın dərsləri ilə maraqlanılıb.






