Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Zərdab rayonunun Pərvanlı kəndində növbəti səyyar qəbulunu keçirib

22 fevral 2026 | 18:31
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab rayonunun Pərvanlı kəndində növbəti səyyar qəbulunu keçirib. Pərvanlı kənd orta məktəbində baş tutan qəbuldan öncə şagirdlər öz əl işləri olan gül buketini millət vəkilinə təqdim ediblər.
Millət vəkili çıxış edərək, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət, hazırlanan sosial-iqtisadi proqramlar, əldə edilən nailiyətlər, xüsusilə işğaldan azad etdiyimiz torpaqlarda aparılan nəhəng quruculuq işləri, ölkəmizin durmadan artan beynəlxalq nüfuzu haqqında seçicilərə geniş məlumat verib. Sonra Zərdab rayonunda son dövrlərdə icra edilən dövlət layihələri haqqında danışan Jalə Əliyeva, rayonun, o cümlədən Pərvanlı kəndinin qaz, su, işıqla tam təmin olunduğunu, yolların əsaslı təmir edildiyini vurğulayıb. Qəbul iştirakçıları görülən işlər üçün ölkə rəhbərinə minnətdarlıq ifadə ediblər. Pərvanlı kəndinin elektrik xətlərinin tam yeniləndiyini diqqətə çatdıran sakinlər, eyni zamanda sayğacların quraşdırılması prosesinin sürətləndirilməsində, kənd ərazisini əhatə edən yüksək gərginlikli elektrik xəttinin təhlükəsiz yerə köçürülməsində köməklik göstərməsini, kənddə uşaq bağçasının inşa edilməsi üçün əlaqədar qurumlara müraciət etməsini deputatdan xahiş ediblər. Qəbulda fərdi xarakterli məsələlər də qaldırılıb. Səsləndirilən məsələlərin bir qismi ilə bağlı qəbul sırasında müvafiq icra orqanları ilə əlaqə saxlanılıb, həlli yolları müzakirə edilib. Digər məsələlərlə bağlı millət vəkilinə yazılı müraciət olunması tövsiyə edilib. Qəbul qarşılıqlı anlayış və məmnunluq şəraitində keçib.
Keçidlər