Millət vəkili Jalə Əliyeva Zərdaba səfəri çərçivəsində Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə görüşüb və Mərkəz əməkdaşları ilə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə söhbət keçirib.
24 iyun 2022 | 13:04
"
Millət vəkili Jalə Əliyeva Zərdaba səfəri çərçivəsində Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə görüşüb və Mərkəz əməkdaşları ilə 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə söhbət keçirib.
Söhbət zamanı Millət vəkili çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından bəhs edib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğu, silahlı qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi, hərbi kadrların hazırlanması daim diqqətdə saxlanılıb. Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Jalə xanım bildirib ki, 30 illik işğala son qoyan ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistan ordusunun “məğlubedilməzliyi haqqında mifi” darmadağın etdi.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxışında Qarabağ müharibəsində Azərbaycan qadınlarının iştirakından və rolundan danışıb. O, I və II Qarabağ müharibələrində yüzlərlə Azərbaycan qadınının həm ön cəbhədə, həm də arxa cəbhədə yüksək qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb.
Yetərincə maraqlı keçən görüş-söhbətin sonunda Jalə xanım Mərkəz kollektivinə gələcək həyatlarında uğurlar, bol şanslar və karyera nailiyyətləri arzulayıb.
Görüş zamanı Jalə xanım Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Rəhim Hüseynovun Mərkəzdə təşkil olunmuş şəxsi əşyalarından ibarət guşə və Qarabağ uğrunda şəhid olmuş qəhrəman oğulların əziz xatirəsinə həsr olunan sərgi ilə də tanış olub".