Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyevanın Zərdab rayonunda növbəti səyyar qəbulu keçirilib

06 may 2026 | 18:52
Qəbul zamanı rayon sakinləri deputata müxtəlif məzmunlu müraciətlərlə üz tutublar. Vətəndaşlar tərəfindən əsasən sosial müdafiə, məşğulluq, kommunal xidmətlər, infrastrukturun yaxşılaşdırılması, torpaq və digər məişət xarakterli məsələlər qaldırılıb. Hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan problemlər qeydiyyata alınıb və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilməsi təmin edilib. Deputat Jalə Əliyeva vətəndaşların müraciətlərinə həssaslıqla yanaşaraq bəzi məsələlərin yerində araşdırılması və operativ həlli üçün müvafiq tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlara hüquqi izahatlar verilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Qəbul zamanı vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, bu cür səyyar görüşlərin onların problemlərinin həllində mühüm rol oynadığını qeyd ediblər.
Səyyar qəbul qarşılıqlı anlaşma və məmnunluq şəraitində başa çatıb. Qəbulda deputatla birlikdə rayon icra hakimiyyətini başçısının müavini Xəyalə Veyisova və deputatın köməkçisi Firdovsi Eyvazov da iştirak edib.
Keçidlər