Milli Məclisin deputatı Jalə Əliyeva Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Jalə Əliyeva Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. Qəbul zamanı millət vəkili vətəndaşları fərdi və kollektiv formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Vətəndaşlar tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb. Qəbul əsnasında qaldırılan məsələlərin bir qismi millət vəkili tərəfindən əlaqədar qurumlarla telefon vasitəsilə əlaqə saxlanılaraq həllini tapıb. Görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir sıra müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib. Qəbula gələnlər xoş münasibət üçün və problemlərinin həllində onlara göstərilən diqqət və qayğı üçün, ölkə prezidenti cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya təşəkkür ediblər.