Milli Məclisin deputatı Jalə Əliyeva seçiciləri ilə görüşüb
Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 50-dən çox vətəndaş iştirak edib. Deputat seçicilərin müxtəlif istiqamətlər üzrə problemlərini dinləyib, müraciətlərini qeydə alıb. Qəbulda Zərdab Rayon İcra Hakimiyətinin şöbə müdiri Zinhar Bayramov, 19 Saylı Ərazi Məşğulluq Filialının Zərdab xidmət şöbəsinin baş mütəxəssisi Şəhriyar Şükürzadə, deputatın köməkçisi Firdosi Eyvazov iştirak ediblər. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, bank kreditləri və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.