Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibəti ilə Zərdabda “Sağlam gəncliyin təməli idmandır” devizi altında tədbir keçirilib
25 avqust 2022 | 17:48
Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab Rayon Gənclər və İdman idarəsinin və Ağdaş Regional Mədəniyyət idarəsinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibəti ilə 24 avqust 2022-ci il tarixdə “Sağlam gəncliyin təməli idmandır” devizi altında tədbir keçirilib. Həsən bəy Zərdabi adına parkda təşkil olunmuş tədbirdə müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub, konsert proqramı təşkil edilib və Zərdab Rayon Gənclər və İdman idarəsi tərəfindən hazırlanaraq çap olunmuş “Milli Olimpiya Komitəsi-30 il” mövzusunda bukletlər paylanılıb.