“mygov” tətbiqindən istifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirilir
08 oktyabr 2026 | 16:57
“Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin 2.1-ci alt tədbiri – vətəndaşların “mygov” tətbiqini yükləmələrinə və qeydiyyatdan keçmələrinə dəstək göstərilməsi, 5.1-ci alt tədbiri – “mygov” üzərindən təqdim olunan xidmətlərdən istifadənin təşviq edilməsi məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanaraq Rayon İcra Hakimiyyətinə təqdim edilmiş təşviqat materialları RİH binasında, vətəndaşların qəbul otağında, struktur bölmələrin iş otaqlarında, eləcə də inzibati ərazilərdə müəyyən edilmiş yayım məntəqələrində, əhalinin sıx toplaşdığı ərazilərdə yerləşdirilmiş, həmin məkanlarda vətəndaşların məlumatlandırılması məqsədilə müvafiq elanlar vurulmuşdur.
Görülən işlər “mygov” tətbiqinin imkanları və üzərindən təqdim olunan rəqəmsal xidmətlər barədə vətəndaşların məlumatlılığının artırılmasına və elektron xidmətlərdən istifadənin genişləndirilməsinə yönəlib.






