“Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikahın mənfi təsirləri” mövzularında görüş keçirilib
16 yanvar 2026 | 17:58
16.01.2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbində məktəbin pedoqoji kollektivinin, məktəblilərin və onların valideynlərinin iştirakı ilə “Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikahın mənfi təsirləri” mövzularında görüş keçirilib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların fəsadlarından, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən, təhsilin önəmindən bəhs ediblər. Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






