“Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” mövzularında tədbir keçirilib
10.04.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis şöbəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Çallı kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” mövzularında tədbir keçirilib.
Görüşdə çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən bəhs edib, narkomaniyadan qorunmağın yolları şagirdlərə izah ediblər. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılıb, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunub.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.






