Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılıq yolverilməzdir ” mövzusunda görüş keçirilib

08 iyun 2026 | 17:20

8 iyun 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 saylı tam orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüşdə çıxış edənlər tərəfindən ölkəmizdə narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərdən, son dövrlərdə məktəblilərin hədəf seçilməsi hallarından, mobil telefon və sosial şəbəkələrdən düzgün istifadə qaydalarından, onların uşaqların təhsilinə və psixoloji inkişafına təsirindən, eləcə də təhsilin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin uşaqlara qarşı zorakılıq hallarının mahiyyəti, onun fiziki və psixoloji fəsadları, belə halların qarşısının alınması yolları, uşaqların hüquqlarının müdafiəsinin əhəmiyyəti və təhlükəsiz davranış qaydaları barədə məlumat verilib. Sonda qeyd olunan mövzulara həsr olunmuş videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər