Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib
15 mart 2024 | 17:04
Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla və onların himayədarları ilə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi yardımlar verilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.