Şriftin ölçüsü :

Saytın rəngi :

Otmanoba kəndində növbəti səyyar qəbul keçirilib

11 fevral 2026 | 17:37

Zərdab rayonunun Otmanoba kəndində Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilmişdir.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

Qəbulda həmçinin Azərbaycan Respublikası Prezidentinin 28.08.2023-cü il tarixli, 4059 nömrəli sərəncamının icrası ilə bağlı tədbirlər planının 8.4.3-cü bəndi ilə əlaqədar əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud olan sosial xidmətlər haqqında maarifləndirmə xarakterli söhbətlər aparılmışdır.

Keçidlər