Pambıq sahələrinə baxış keçirilib
Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyevin, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun, DAİM-in və rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələrinin mütəxəssislərinin, fermerlərin iştirakı ilə rayon ərazisində becərilən pambıq sahələrinə baxış keçirilib.
Baxış zamanı əkin sahələrinin mövcud vəziyyəti qiymətləndirilib, aparılan aqrotexniki tədbirlər, bitkilərin inkişaf mərhələsi və məhsuldarlığın artırılması istiqamətində görülən işlər müzakirə olunub.
Qeyd edək ki, keçirilən baxışın əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi, mövcud vəziyyətin yerində öyrənilməsi və fermerlərə müvafiq tövsiyələrin verilməsidir. Bu sahədə tədbirlər davam etdiriləcəkdir.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.






