Pambıq yığımının gedişi ilə bağlı sahələrə baxış keçirilib
Zərdab rayonunda 2026-cı təsərrüfat ili üzrə pambıq yığımının gedişi ilə əlaqədar sahələrə baxış keçirilib.
Baxışda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Rayon İcra Hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının və emal müəssisələrinin nümayəndələri, eləcə də fermerlər iştirak ediblər.
Sahələrə baxış zamanı pambıq bitkisində defolyasiya məqsədilə həyata keçirilən dərmanlama tədbirləri ilə tanış olunub, pambığın maşınla yığımının gedişi izlənilib.
Görülən işlərlə bağlı məlumat verilib, pambıq sahələrində məhsuldarlığın artırılması, yığım prosesinin optimal müddətdə və itkisiz başa çatdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, 2026-cı ildə rayon üzrə 2552 hektar sahədə pambıq əkilib. Bu günədək sahələrdən 310 tondan çox məhsul tədarük edilib. Artıq bu gündən etibarən pambığın maşınlarla kütləvi yığımına başlanılıb. Pambıq yığımının mütəşəkkil və səmərəli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.






