Qoruqbağı kənd tam orta məktəbində məktəblilərlə görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 19.01.2023-cü il tarixdə Qoruqbağı kənd tam orta məktəbində “Narkomaniya qarşı mübarizə”, “Erkən nikah və qohumlar arasında nikahın mənfi təsirləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda məktəblilərlə görüş keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Gənclər və İdman idarəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların və qohumlar arasında nikahların yaratdığı fəsadlardan, dini radikalizm-ekstremizmin törətdiyi bəlalardan, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs etdilər. Tədbirdə qeyd olunan mövzulara dair video çarx nümayiş etdirildi, qarşılıqlı müzakirələr aparıldı, o cümlədən iştirakçıları maraqlandıran suallar cavablandırıldı.