Qurban bayramı münasibətilə görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyətində Qurban bayramı münasibətilə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri, Rayon İHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramo Hacıyev tədbir iştirakçılarını salamladıqdan sonra, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpası kimi tarixi vəzifəni yerinə yetirən cənab Prezident İlham Əliyevin dəmir iradəsi nəticəsində Qurban Bayramını, xalqımız Zəfər abu-havasında - separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndində, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası qüruru ilə qarşılayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdikdən sonra, Qurban bayramı haqqında ətraflı məlumat verib. O, maariflənmə xarakteri daşıyan bu cür tədbirlərin önəmini bildirib.
Tədbir maraqlı müzakirələrlə davam edib.