Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayının gəlişi ilə bağlı Rayon İcra Hakimiyyətində din xadimləri ilə görüş keçirilib

11 mart 2024 | 16:12

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, rayonun dini icmalarının sədrləri, din xadimləri, ziyalılar və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev tədbir iştirakçılarını Ramazan ayı münasibətilə təbrik edib, ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işlərdən danışıb, müqəddəs Ramazan ayının gəlişi ilə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxış edənlər ölkəmizdə dövlət-din sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib, bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər