Rayon Icra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 27 mart 2023-cü il tarixindən başlanılacaq
Rayon Icra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla aprelin 20-dək Rayon Icra Hakimiyyətinin seçki komissiyasına təqdim olunmalıdır. İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən gizli səsvermə yolu ilə seçiləcəkdir.
İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
- İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)
Sənədlərin qəbulu və baxılması
Namizədlərin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən baxılır. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
Namizədlər qeyd olunan sənədləri 2023-cü il 27 mart – 20 aprel tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək Rayon İcra Hakimiyyətinə şəxsən təqdim edə və ya mail@zerdab-ih.gov.az elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilərlər.
Zərdab Rayon İcra Hakimiyyəti
yanında ictimai şuraya seçkilərin təşkili
üzrə seçki komissiyası