Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən Çallı, Yarməmmədbağı və Pərvanlı kənd tam orta ümumtəhsil müəssisələrində monitorinqlər keçirilib
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin 5-ci maddəsinin 4-cü bəndinə (təhsil müəssisələrində onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparmaq), həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə Meyarlar”ın 2.1.24-cü bəndinə əsasən 22 aprel 2026-cı il tarixdə Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları Çallı, Yarməmmədbağı və Pərvanlı kənd tam orta ümumtəhsil məktəblərində monitorinqlər aparıb. Monitorinq zamanı çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınmasından danışılıb, həmçinin müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizə üsulları mövzularında şagirdlərlə söhhbət aparılıb.






