Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən ümumtəhsil müəssisələrində monitorinqlər keçirilib

22 sentyabr 2026 | 17:57

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin 5-ci maddəsinin 4-cü bəndinə (təhsil müəssisələrində onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini aparmaq) həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə Meyarlar”ın 2.1.24-cü bəndinə əsasən 22 sentyabr 2026-cı il tarixdə Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları 1, 2, 3 saylı tam orta ümumtəhsil məktəblərində monitorinqlər aparıb. Monitorinq zamanı müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların dəyərlərimizə ziyan  vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizə üsulları mövzularında şagirdlərlə söhbət aparılıb

Keçidlər