Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları ümumtəhsil müəssisələrində şagirdlərlə görüşüb
03 mart 2026 | 17:56
Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Payon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə bir sıra məktəblərgə görüş keçirilib.
Belə ki, 03 mart tarixində gəlmə kənd və Qoruqbağı kənd tam orta ümumtəhsil müəssisəsində şagirdlərlə görüşülüb. Onlara “Uşaq Hüquqları”, “Məişət Zorakılığı Haqqında” Azərbaycan Respublikasının Qanunları izah olunub, həmçinin narkomaniya, erkən nikah, energetik içkilərin törətdiyi fəsadlar və zərərli informasiyalardan qorunmağın yolları haqqında söhbətlər aparılıb. Ailə dəyərləri, müəllimə və valideynlərə hörmət, təhsilin onların gələcək həyatındakı önəmi qeyd olunub. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.






