Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları ümumtəhsil müəssisələrində şagirdlərlə görüşüb
27 aprel 2026 | 17:05
Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Payon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 1 saylı məktəb liseydə şagirdlərlə görüş keçirilib. Belə ki, 27 aprel 2026-cı il tarixdə şəhər 1 saylı məktəb liseydə şagirdlərlə görüşülüb. Onlara “Uşaq Hüquqları”, “Məişət Zorakılığı Haqqında” Azərbaycan Respublikasının Qanunları izah olunub, həmçinin narkomaniya, erkən nikah, energetik içkilərin törətdiyi fəsadlar və zərərli informasiyalardan qorunmağın yolları haqqında söhbətlər aparılıb. Ailə dəyərləri, müəllimə və valideynlərə hörmət, təhsilin onların gələcək həyatındakı önəmi qeyd olunub. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.






