Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları ümumtəhsil müəssisələrində şagirdlərlə görüşüb

09 aprel 2025 | 18:01

Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Payon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə bir sıra məktəblərgə görüş keçirilib.

Belə ki, 4 mart tarixində şəhər 2 saylı tam orta ümumtəhsil müəssisəsində, 13 mart  tarixində şəhər 3 saylı tam orta ümumtəhsil müəssisəsində, şəhər 1 saylı məktəb liseydə və İsaqbağı kənd tam orta ümumtəhsil müəssisəsində, 9 aprel tarixində  Yarməmmədbağı kənd tam orta ümumtəhsil müəssisəsində şagirdlərlə görüşülüb. Onlara “Uşaq Hüquqları”, “Məişət Zorakılığı Haqqında” Azərbaycan Respublikasının Qanunları izah olunub, həmçinin narkomaniya, erkən nikah,  energetik içkilərin törətdiyi fəsadlar və zərərli informasiyalardan qorunmağın yolları haqqında söhbətlər aparılıb. Ailə dəyərləri, müəllimə və valideynlərə hörmət, təhsilin onların gələcək həyatındakı önəmi qeyd olunub.  Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər